Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda 18+ konsert olacaq

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidLeninqrad musiqi pqrunun konserti
Leninqrad musiqi pqrunun konserti - Sputnik Azərbaycan
Abunə olmaq
"Jara-2018" musiqi festivalına ekssentrik mahnılarla məşhur olan "Leninqrad" qrupu gələcək və 18 yaşına çatmamış şəxslər konsertə buraxılmayacaq

BAKI, 7 dekabr — Sputnik. Rusiyanın populyar "Leninqrad" qrupu iyulun 28-də ilk dəfə olaraq Bakıda "Jara-2018" musiqi festivalı çərçivəsində çıxış edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat sözügedən layihənin "Instagram" səhifəsinə yerləşdirilib.

"Dostlar, bizim sizin üçün tamamilə senzuradankənar xəbərimiz var. İyulun 28-də "Jara"da "Leninqrad" qrupu çıxış edəcək. Sevimli qrupunuzu və artistlərinizi gözləyin. Yaş məhdudiyyətinə diqqət yetirin. Yalnız həmin gün festivala 18 yaşına çatmayan şəxslər buraxılmayacaq" — deyə müraciətdə bildirilir.

İllik Bakı Beynəlxalq Musiqi festivalı "Jara" 2018-ci ildə 26-29 iyul tarixlərində Bakının Sea Breeze turizm kompleksində keçiriləcək.

"Jara" layihəsinin təşkilatçıları məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrin populyar estrada ulduzları iştirak edir.

"Leninqrad" qrupu Sankt-Peterburqda Sergey Şnurov tərəfindən yaradılıb. Öz növbəsində çox sayda senzuradankənar sözləri olan və alkoqol-məişət mövzularında ekssentrik mahnıları ilə məşhurdur. Qrup öz yaradıcılığında truba, saksafon, trombon, tuba kimi nəfəsli alətlərdən geniş istifadə edir.

Xəbər lenti
0