BAKI, 7 dekabr — Sputnik. "Əsgərlərimiz İŞİD tam məğlub ediləndən sonra da Suriyada qalacaq". Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Erik Pekson jurnalistlərə deyib.
“Biz İŞİD-in geri qayıtmasının qarşısını almaq və müttəfiqlərimizə yardım etmək üçün Suriya torpaqlarında qalacağıq. Koalisiya terrorçuları əks-həmlə etməsi imkanlarından və kənarda terror aktları törətməsindən məhrum etməlidir” – sözçü vurğulayıb.
Rəsmi açıqlamalara görə, hazırda Suriyada 2 min, İraqda isə 5 min amerikalı əsgər qulluq edir. Lakin bölgə dövlətlərinin kəşfiyyat araşdırmalarına görə, bu say rəsmi məlumatdakından qat-qat artıqdır.