CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zabratda dəhşətli qəza olub

© Photo : APAMasazırda avtomobil qəzası
Masazırda avtomobil qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
28-30 yaşlı gənc Sabunçu-Zabrat yolunu keçmək istəyərkən onu avtomobil vurub

BAKI, 6 dekabr — Sputnik. Zabrat qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, 28-30 yaşlı gənc Sabunçu-Zabrat yolunu keçmək istəyərkən onu avtomobil vurub.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya gəncin yol qaydasını pozması səbəb olub: “Gənc oğlan yolu qaçaraq keçmək istəyərkən avtomobil onu vurdu. Qan fontan vururdu. Sürücü maşını saxlayıb onun yanına gəldi. Yarasının üstünə parça qoyub qanı saxlamağa çalışırdı. Təcili Yardıma xəbər verilmişdi. Gəncin gödəkcəsi zərbənin təsirindən cırılmışdı, ayaqqabıları ayağından çıxıb hərəsi bir tərəfə düşmüşdü".

Xəbər lenti
0