SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Ümid edirik ki, tezliklə müqavilə imzalanacaq"

© Sputnik / Murad OrujovProfessor Çingiz İsmayılov
Professor Çingiz İsmayılov - Sputnik Azərbaycan
Abunə olmaq
Çingiz İsmayılov: "Bu məsələnin həlli ölkələr arasındakı əməkdaşlığın inkişafına töhfə verəcək və iqtisadi əlaqələri gücləndirəcək"

BAKI, 6 dekabr — Sputnik. "Xəzər dənizinin bütün nəqliyyat imkanlarından tam istifadə etmək üçün bu dənizin statusunu müəyyən etmək lazımdır".

Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən Xəzər dənizinin siyasi və hüquqi statusunun müəyyən edilməsi ilə bağlı proses və yekun nəticələrinə həsr olunmuş Bakı-Moskva-Astana video-körpüsündə Xəzər Araşdırmaları Mərkəzinin rəbəri, professor Çingiz İsmayılov deyib.

Onun sözlərinə görə, 20 ildən artıq davam edən danışıqlar müəyyən bir nəticəyə gətirib çıxarmalı idi: "Ümid edirik ki, tezliklə bu müqavilə imzalanacaq. Hər ölkə bu məsələyə öz siyasi və iqtisadi maraqları çərçivəsində yanaşır. Bu məsələnin həlli ölkələr arasındakı əməkdaşlığın inkişafına töhfə verəcək və iqtisadi əlaqələri gücləndirəcək".

Xəbər lenti
0