CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabirabadda toyda kütləvi dava düşdü, qan töküldü

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili, arxiv şəkli
Təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib

BAKI, 6 dekabr — Sputnik. Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib.

Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər — Sabirabad sakini, 1980-ci il təvəllüdlü Xudayarov Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbər lenti
0