NASA-dan inanılmaz layihə: kosmosdan qızıl gətiriləcək

© Photo : NASA via APВид Земли из космоса, фото из архива
Вид Земли из космоса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
NASA-nın növbəti həmləsi dünya iqtisadiyyatının dağılması anlamına gələ bilər

BAKI, 6 dekabr — Sputnik. NASA-nın növbəti həmləsi dünya iqtisadiyyatının dağılması anlamına gələ bilər. Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, NASA Günəş sistemində yerləşən 200 kilometr uzunluğundakı asteroidə peyk göndərərək oradakı faydalı qazıntıları çıxarmaq niyyətindədir.

Qeyd edilir ki, dünya iqtisadiyyatının ümumi dəyəri 73.7 trilyon dollardır. Bu asteroidin qiyməti isə dünya iqtisadiyyatından daha çoxdur.

NASA peykin asteroidə 2022-ci ildə göndəriləcəyini bildirib. Əgər heç bir fövqəladə hadisə baş verməsə, peyk 2026-cı ildə mənzil başına çatacaq.

Nikel, dəmir və qızıl kimi qiymətli maddələrin olduğu asteroidə kosmik gəmi göndərmək istəyən NASA mütəxəssisləri hələlik faydalı qazıntıların planetimizə necə gətirəcəyini bilmirlər. Yupiter və Mars arasında yerləşən asteroiddəki materialların planetimizə gətirilməsi olduqca böyük maliyyə tələb edir.

Xəbər lenti
0