BAKI, 6 dekabr — Sputnik. Binəqədi rayonunda 45 yaşlı qadın özünü asaraq intihar edib. Sputnik Azərbaycan "Qafqazinfo"-ya istinadla xəbər verir ki, rayonun Binəqədi qəsəbəsində yaşayan, 1972-ci il təvəllüdlü Zeynalova Solmaz Məhərrəm qızı dekabrın 5-də özünü yaşadığı evin həyətindəki tut ağacından asıb.
Onun meyitini asılmış vəziyyətdə qardaşı tapıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
Məlumata görə, S.Zeynalovanın banklardan birinə külli miqdarda kredit borcu olub. Krediti ödəyə bilmədiyi üçün özünə qəsd edib.