CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşdən çıxarılan Fazil Məmmədov ilk dəfə danışdı: "Səhhətim..."

© Photo : REPORTVergilər naziri Fazil Məmmədov
Vergilər naziri Fazil Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm"

BAKI, 6 dekabr — Sputnik. Dünən prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan vergilər naziri Fazil Məmmədov danışıb. Sputnik Azərbaycan xəbər verir ki, eks-nazir "Bizimyol.info" saytına açıqlamasında səhhəti ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. O, səhhətində problemlər olması barədə söylənilənləri təsdiqləyib.

"Cənab Prezident sərəncam verərək məni işdən azad edib. Bu barədə səlahiyyətlər prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm" – deyə eks nazir bildirib.

Xəbər lenti
0