BAKI, 6 dekabr — Sputnik. Uzun müddətdir ki, Binəqədi yolu təmirə bağlanıb. Yolun bağlanması Bakı-Sumqayıt yolunda da sıxlığa, tıxaca səbəb olur.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son günlər intensiv yağan yağışlar Binəqədi yolunun tikintisi zamanı müəyyən maneələr yaradıb və işlər yubanıb. Onun sözlərinə görə, yağmurlu havada asfalt vurulması ləngiyib.
"Bir müddət gözləmək lazımdır ki, yol qurusun. Sonra yenidən asfaltlama davam edəcək. Hazırda yola beton-asfalt örütüyü döşənir. Düşünürəm ki, 10 günə yolun təmiri başa çatacaq" — Nəcəfli bildirib.