Amerikalı əsgər PKK terrorçuları ilə yallı getdi, türkləri şoka saldı — Video

© Photo : Milliyet.com.trSuriyanın Münbiç qəsəbəsində amerikalı qadın əsgər PKK-nın qolu hesab edilən PYD terrorçuları ilə yallı gedərkən
Suriyanın Münbiç qəsəbəsində amerikalı qadın əsgər PKK-nın qolu hesab edilən PYD terrorçuları ilə yallı gedərkən - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə dəfələrlə PYD-yə "Münbiçdən çıx" xəbərdarlığı etsə də, terrorçular Amerikanın himayəsinə arxalanaraq bölgədə qalmağa davam edir

BAKI, 6 dekabr — Sputnik. ABŞ-ın Türkiyənin deyil, PKK terror təşkilatının yanında olduğunu bir daha sübut edib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, Suriyanın Münbiç qəsəbəsində amerikalı qadın əsgər PKK-nın qolu hesab edilən PYD terrorçuları ilə yallı gedərkən görüntülənib.

Qeyd edək ki, Türkiyə dəfələrlə PYD-yə "Münbiçdən çıx" xəbərdarlığı etsə də, terrorçular Amerikanın himayəsinə arxalanaraq bölgədə qalmağa davam edir. Son görüntü də ABŞ-PKK əlaqələrinin yüksək səviyyədə olduğunu sübut edir.

Qeyd edək ki, Münbiç qəsəbəsi 2016-cı ilin avqustunda İŞİD-dən tamamilə təmizlənib. Bölgənin idarəçiliyi ABŞ-ın yardımı ilə terror təşkilatı PYD-yə keçib.

Xəbər lenti
0