CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artistinin vəkilindən sərt sözlər: “Zina etməyini haradan sübut edirsiz?”

© Photo : Instagram / meleykeesedovaofficialМалейка Асадова
Малейка Асадова - Sputnik Azərbaycan
Abunə olmaq
"Məhkəmədə üzr istəmək barədə iddiamız yoxdur!"

BAKI, 5 dekabr — Sputnik. "Fahişə-bir neçə kişi ilə eyni zamanda əlaqədə olub, bunun əvəzində onlardan pul alan qadına və yaxud da eyni zamanda bir neçə kişi ilə əlaqədə olub öz ərinə və ya sevgilisinə xəyanət edən qadına deyilir, əziz izləyicilərim! Bunu, xüsusilə də dindar, müsəlman dostlarımın nəzərinə çatdırmaq istəyirəm,, hansılar ki, bundan əvvəl paylaşdığım statusa görə məni qınayıblar". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri xalq artisti Məleykə Əsədovanın vəkili Tağı Hüseynov öz "facebook" səhifəsində yazıb.

Малейка Асадова - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Məleykə Əsədova: "Ramiz Məlik şərtimə əməl etməsə, təzminatı ödəməlidir"

Vəkil bildirib ki, bir qadına haqsız yerə, sübutu olmadan fahişə demək ağır günahdır: "Bu günə qədər Məleykə Əsədovanın fahişəliklə məşğul olduğunu mən şəxsən eşitməmişəm. Kimsə eşidibsə, desin və sübut etsin. Hə, əgər onun var dövləti hansısa sevgilisindən qalıbsa, burda Allaha xoş getməyən, günah olan nədir? Zina etməyini haradan sübut edirsiz? Nə bilirsiz, hətta sevgilisi olubsa belə, kəbinlə olmadığını nə ilə sübut edəcəksiz? Ayıb deyil böhtan atmaq? Axı fahişə sözünün açıqlamasını sizə yuxarıda yazmışam. Fahişənin başqa tərifini də bilən varsa, yazsın bura. Ramiz Məlikov isə Məleykə xanıma fahişə deyib. Hətta deyib ki, sənin anan da fahişə olub və sənin 6 yaşın olanda atan ananı fahişəlik üstündə boşayıb. Halbuki, Məleykə xanımın valideynləri heç vaxt boşanmayıblar. Bəs sizin dahi və ağsaqqal kimi qələmə verdiyiniz bu aktyor Məleykə xanımın ölmüş valideynlərini və özünü belə təhqir etdiyi kimi mediada sizi də təhqir etsəydi ona ağsaqqaldır deyib hər şeyi bağışlayardınızmı? Siz niyə özünüzü Məleykə xanımın yerinə qoymursuz? Ramiz Məlikov nə vaxtdan el ağsaqqalı olub? O nə vaxtdan camaatın namusunu çəkən olub? Məleykə xanımdan başqa şortik geyinən aktrisalarımız yoxdur? Həm də ki, Məleykə xanım şortiki yayda istirahət mərkəzində və qayıqda geyinib. Əgər belə namus çəkən idisə, bir teatrda işlədiyi halda, hər gün eyni qapıdan girib salamlaşdığı halda bu iradı Məleykə xanımın özünə deməyib, bəs nə üçün gəlib saytlara müsahibə verib özünü reklam edir? Əminsinizmi onun qohum-qonşusunda şortik geyinən yoxdur? Bu həmin Ramiz Məlikovdur ki, keçən il xalq artisti Ramiz Novruzov (Həzi Aslanov rolunun ifaçısı) tərəfindən artıq-əskik danışdığına görə döyülüb və onu polisə verib? Bundan əvvəl də belə hadisələr olub. Başqa aktyorlarla da problemlər yaşayıb bu insan. Siz isə bilmədiyiniz mövzuda mühakimə yürüdürsüz!"

Hüquqşünas bu mövzuda fikrini bildirən digər hüquqşünaslara da ismarıc yollayıb. O qeyd edib ki, iddia ərizəsi ilə tanış olmadan heç bir hakim üzr istəmək iddiasını təmin edə bilməz: "Sizə kim dedi ki, iddiada belə tələb var? Sadəcə Məleykə xanım mənə deyib ki, onun şəxsinə olan təhqiri bağışlasa da, Ramiz Məlikov onun valideynlərinin məzarı önündə diz çöküb üzr istəməsə onu bağışlamayacaq! Burda təəccüblü nə var ki? Bunun iddiaya heç bir aidiyyəti yoxdur. Sadəcə o hərəkəti etsə iddiadan imtina edəcəyini deyib. Sonda onu bildirmək istəyirəm ki, bəziləriniz Məleykə Əsədovanı sevməyə bilərsiz. Lakin bütün mediada bir nəfərin ona və ölmüş anasına fahişə deməyinə doğru baxmağınız sizin ədalətsizliyinizdən xəbər verir. Ona iradı olan gəlib mediada şirə dönməkdənsə gedib üzünə deməli idi və tövsiyyəsini də etməli idi. Məhkəmədə isə üzr istəmək barədə iddiamız yoxdur!"

Xəbər lenti
0