BAKI, 5 dekabr — Sputnik. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı ilə bağlı iddialara münasibət bildirib. Sputnik Azərbaycan xəbər verir ki, Kalın bu barədə özünün şəxsi “Twitter” səhifəsində yazıb.
— Ibrahim Kalin (@ikalin1) 5 декабря 2017 г.
“ABŞ hökumətinin bütün ilahi dinlər üçün müqəddəs şəhər olan Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı haqda yayılan xəbərlər olduqca narahatedicidir. Bu, Qüdsün dini və tarixi statusuna, beynəlxalq razılaşmalar və BMT-nin qərarlarına tamamilə ziddir. Belə bir addım onsuz da həssas olan Yaxın Şərq sülh prosesini yox edəcək və yeni gərginliyə, qarşıdurmalara səbəb olacaq. Amerikanın bu cür dəhşətli səhvə yol verməyəcəyini ümid edirik. Qüdsün və Hərəmi-şərifin statusunun qorunması həyati əhəmiyyətə malikdir” – prezident sözçüsü qeyd edib.