Sputnik-in əməkdaşı girov götürülüb

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidЛоготип международного информационного бренда "Спутник", фото из архива
Логотип международного информационного бренда Спутник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalist ötən gündən itkin düşmüşdü

BAKI, 5 dekabr — Sputnik. "Hüseyn üsyançıları" (husilər) Yəməndə "Yəmən Today" telekanalının binasında 41 jurnalisti girov saxlayırlar. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlər arasında Sputnik Beynəlxalq İnformasiya Agentliyinin Yəmən şöbəsinin əməkdaşı da var. O, digər jurnalistlərlə birlikdə telekanalın binasında saxlanılır.

Xatırladaq ki, Sputnik Yəmən-in müxbiri ötən gündən itkin düşmüşdü. Onunla əlaqə saxlamaq mümkün deyil. Sonuncu dəfə redaksiya ilə ötən bazar günü saat 14.30-da əlaqə saxlayıb.

Qeyd edək ki, husilər keçən şənbə günü telekanalın yerləşdiyi binanı ələ keçiriblər. Sputnik Yəmən-in əməkdaşı bu telekanalla da əməkdaşlıq edirmiş.

Telekanal öldürülən keçmiş prezident Əli Abdullah Salehini dəstəklədiyi üçün üsyançılar tərəfindən ələ keçirilib.

Xəbər lenti
0