BAKI, 5 dekabr — Sputnik. Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin həbsi zamanı polislə keçmiş prezidentin tərəfdarları arasında dava düşüb.
Sputnik Azərbaycan Ukrayna mətbuatına istinadən xəbər verir ki, polislər sabiq qubernatoru kütlənin arasından keçirməyə çalışan zaman Saakaşvilinin tərəfdarları onu xilas etmək üçün polisləri itələməyə başlayıblar. Bundan sonra qarşıdurma yaranıb.
Hətta nümayişçilərdən biri Saakaşvilini buraxmayacaqları təqdirdə özünü yandıracağını bəyan edib. Polis çox çətinliklə də olsa Saakaşvilini kütlənin əlindən alaraq Baş İstintaq İdarəsinə aparıb.