BAKI, 5 dekabr — Sputnik. Rusiya idmançıları 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Olimpiadada yalnız BOK-un bayrağı altında çıxış edə biləcəklər, yəni, Rusiya milli yığma şəklində oyunlarda iştirak etməyəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, xəbəri Beynəlxalq Olimpiya Komitəsi yayıb. Qərar BOK İcraiyyə komitəsinin Lozannadakı iclasında qəbul edilib.
Oyunlarda yalnız dopinq cəhətdən "təmiz" rusiyalı idmançılar çıxış edəcəklər.
Qərar Rusiya idmançılarının dopinq qəbul etməsi barədə aparılan yoxlamaların nəticəsi kimi qəbul olunub.
Qeyd edək ki, oktyabr ayında Vladimir Putin Rusiyanın olimpiya oyunlarından kənarlaşdırılmasını və idmançıların neytral bayraq altında çıxış etməsini ölkə üçün alçaldılma kimi qiymətləndirmişdi.