CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Elmlər Akademiyası", "28 May" və "Koroğlu"da hamının gözlədiyi olacaq

© Sputnik / Murad OrujovYeni il yarmarkası, arxiv şəkli
Yeni il yarmarkası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bağırov bildirib ki, bayram yarmarkaları 2018-ci il yanvarın 3-dək davam edəcək

BAKI, 5 dekabr — Sputnik. Bakıda 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar — Yeni il münasibətilə bayram yarmarkalarına start verilib. Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, artıq bir neçə ərazidə yarmarka çadırları qurulub və fəaliyyətə başlayıb: "Artıq metronun "Elmlər Akademiyası, "28 May", "Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "İnşaatçılar" stansiyalarının qarşısında çadırlar qurulub".

Onun sözlərinə görə, çadırların digər ərazilərdə quraşdırılması prosesi davam etdirilir: "Müxtəlif yerlərdə təxminən 12-13 çadırın təşkili nəzərdə tutulur. Çadırların quraşdırılmasında məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərindən nisbətən ucuz məhsullar təklif etməkdir".

Ə.Bağırov bildirib ki, bayram yarmarkaları 2018-ci il yanvarın 3-dək davam edəcək.

Xəbər lenti
0