Son zamanlar həkimlərin yazdığı resept əsasında müalicə lazımi effekti vermir. Xəstələr həkimlərin tövsiyyə etdikləri bütün dərmanları qəbul etdikləri halda, sağalma prosesində ciddi nəticələr əldə olunmamasından narazıdırlar.
Bəzi mütəxəssislər bu problemi dərmanların keyfiyyətsizliyi ilə əlaqələndirirlər. Hətta həkimlər özləri belə, bəzi hallarda bunu etiraf edirlər.