BAKI, 5 dekabr — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Yəməndə son günlərdə artan toqquşmalara görə tərəflərə atəşkəs çağırışı edib. Sputnik Azərbaycan bu barədə TRT-yə istinadən xəbər verir.
Baş katib açıqlamasında Yəməndə son günlərdə artan toqqumalara görə narahatlığını dilə gətirərək deyib ki, toqquşmalar səbəbilə əhali gündəlik ehtiyaclarını ödəmək üçün küçəyə çıxa bilmir. Yardım könüllüləri ilə səhiyyə işçiləri də dinc əhaliyə köməklik göstərə bilmir.
Qeyd edək ki, Yəməndə 2014-cü ildən indiyədək qanuni hökumət qüvvələri ilə husilər arasında toqquşmalar yaşanır.