"Zərrab işi"ndə Dubay planı: İşə falçılar da qarışdı

© AFP 2024 / OZAN KOSE Rza Zərrab
Rza Zərrab - Sputnik Azərbaycan
Abunə olmaq
"Türkiyə dövləti əleyhinə ifadə vermək müqabilində razılaşsam, birbaşa Dubaya köçüb orada yaşaya bilərəm?"

BAKI, 4 dekabr — Sputnik. Amerikadakı məhkəməsi davam edən Azərbaycan əsilli Türkiyə və İran vətəndaşı Rza Zərrab barəsində yeni məlumatlar yayılıb. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan - Sputnik Azərbaycan
TƏHLİL
"Zərrab ssenarisi" və Ərdoğanı yıxmaq üçün siqnal gözləyən iki məşhur

Zərrabın Türkiyə dövləti əleyhinə ifadə verməsindən sonra onun İstanbuldakı şirkətində polis əməliyyat keçirib. Azərbaycanlı iş adamının 3 nəfər işçisi nəzarətə götürülüb. Əsas ofisdəki axtarış zamanı Rza Zərrabın katibəsi Sinem Arslana Nyu-Yorkdakı həbsxanadan yazdığı məktub ələ keçib.

Zərrab həmin məktubda yazıb: "Sinem! Çox ətraflı yaza bilmirəm. Sən Dubaydakı vəkil Əbdürrəhman əl-Şəriflə görüş. Ondan xəbər al ki, əgər amerikalı prokurorlarla Türkiyə dövləti əleyhinə ifadə vermək müqabilində razılaşsam, birbaşa Dubaya köçüb orada yaşaya bilərəm? Mənə oturma icazəsi ala bilər? Bu barədə vəkillə mütləq danış. Ancaq Dubaya gedərkən diqqətli ol. Çalış fərqli adda pasportla get. Mümkünsə, hoteldə qalma, kirayə ev tut. Çünki izlənilə bilərsən. Sonra ailəni də, səni də həbs edə bilərlər".

Diqqət çəkən başqa bir məktubda isə, Zərrabın işçisi Sinemdən onun haqqında fala baxdırmasını istəməsi olub. ABŞ-da məhkəmə başlamazdan əvvəl Zərrab Türkiyə dövlətinin onun arxasında durub-durmayacağını öyrənmək istəyib. İstanbuldakı falçılar Zərraba "dövlət sənin arxanda durmaya bilər" cavabını veriblər.

Xəbər lenti
0