CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Trampın təriflədiyi azərbaycanlı qızla bağlı qərar verildi

© Flickr / PvəƏNM mətbuat xidmətiPatent və Əmtəə Nişanları Mərkəzində gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib
Patent və Əmtəə Nişanları Mərkəzində gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Müvafiq prosedurlar, ekspertiza və digər hüquqi hərəkətlər üzrə xərcləri mərkəz öz öhdəsinə götürüb

BAKI, 4 dekabr — Sputnik. Patent və Əmtəə Nişanları Mərkəzində gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Standartlaşma, Meterologiya və Patent üzrə dövlət komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bu gün Patent və Əmtəə Nişanları Mərkəzində gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib. Mərkəzin baş direktoru vəzifəsini icra edən Günel Sevdimalıyeva Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ixtirası ilə diqqət çəkən Reyhan Camalovanı təbrik edib. O bildirib ki, dövlət başçısı tərəfindən qeyri-neft sənayesinin inkişafı məqsədilə həyata keçirilən islahatlar çərçivəsində ixtiraçılığın rolu, innovativ sənayenin təşviqi, texnologiyaların sənayeyə transferi və kommersiyalaşdırılması məsələləri mühüm aktuallıq kəsb edir. Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsis edilən Patent və Əmtəə Nişanları Mərkəzi sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində fəaliyyət göstərir. Mərkəz ixtiraçılığın təşviqi, bu sahədə yeni iddiaların araşdırılması, ekspertizası və onların qeydiyyatını həyata keçirir.

İvanka Tramp - Sputnik Azərbaycan
ABŞ prezidentinin qızı azərbaycanlı qıza heyran qaldı

Gənc ixtiraçı Reyhan Camalova Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirakından və səfər təəssüratlarından danışıb. O, ixtirası haqqında məlumat verərək, müasir dövrdə alternativ enerji mənbələrinə daha çox ehtiyac olduğunu, bu sahəyə xüsusi marağının yarandığını və nəticədə yağış suyundan enerji istehsal edən qurğu – "Rainergy" qurğusunu hazırladığını deyib. Reyhan Camalova öz ixtirasının iş prinsipi barədə də ətraflı məlumat verib.

İxtiraya patent alınmasına dair iddia ərizəsinin verilməsilə bağlı təklifi yüksək qiymətləndirən Reyhan Camalova ilə mərkəz arasında müqavilə imzalanıb. Eyni zamanada ixtiranın beynəlxalq qeydiyyatı üçün köməklik göstəriləcəyi diqqətə çatdırılıb. Müvafiq prosedurlar, ekspertiza və digər hüquqi hərəkətlər üzrə xərcləri mərkəz öz öhdəsinə götürüb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın qızı İvanka Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində çıxışı zamanı Reyhan Camalovadan söz açıb. O, iclasda iştirak edən Reyhandan ayağa qalxmağı xahiş edərək onu dünyaya təqdim edib.

Xəbər lenti
0