BAKI, 4 dekabr — Sputnik. “Mən heç vaxt Məleykə Əsədovanın valideynlərinin məzarı qarşısında onlardan üzr istəməyəcəyəm. Məleykə onu ancaq yuxusunda görəcək”. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Xalq artisti Ramiz Məlik deyib.
R.Məlik bildirib ki, M.Əsədova onun şərəf-ləyaqətini alçatmağa çalışır: "Yəni onun tərbiyəsi o həddədir ki, 74 yaşlı kişini təhqir edib, alçatmaq istəyir? Onun yaşı qədər mənim səhnə təcrübəm var. Utanmalıdır, abır-həyası olmalıdır. Deyir, Ramiz Məlikin çox adamla qalmaqalı olub. Mən heç vaxt heç kimlə qalmaqal yaratmamışam. Əksinə, istəsəydim, Ramiz Novruzu 3 illik həbs etdirərdim. Amma mən onu bağışladım. Bu məsələ ilə bağlı da başqa nə isə demək istəmirəm”.
Qeyd edək ki, Xalq artisti M.Əsədova APA-ya Ramiz Məlikin cəmiyyətə yanlış informasiya ötürdüyünü deyib. M.Əsədova qeyd edib ki, Ramiz Məlik onun ata-anasının məzarı qarşısında üzr istəməli, dediyi əxlaqsız sözləri öz ünvanına götürməlidir. Belə olmasa, təzminatı ödəməlidir.