BAKI, 4 dekabr — Sputnik. Yəməndə 3 il əvvəl çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan prezident Əli Abdullah Salehi öldürülüb.
Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, o, husi silahlı dəstələrinin hücumu nəticəsində qətlə yetirilib.
Husilər sabiq prezidentin meyitinin əks olunduğu fotonu internetdə paylaşıblar.