BAKI, 4 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.
Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, onun meyitinə baxış keçirilən zaman üzərindən intihardan öncə yazdığı məktub tapılıb. O, məktubunda qohumları və saxlandığı müəssisənin əməkdaşları qarşısında üzrxahlıq edib və kimsədən narazılığının olmadığını bildirib.
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb. İstintaq aparılır.