Ebru Gündeş Rza Zərrabla bağlı son qərarını verdi

© Photo : Facebook / HaberturkEbru Gündeş və Rza Zərrab
Ebru Gündeş və Rza Zərrab - Sputnik Azərbaycan
Abunə olmaq
Vəkillə məsləhətləşmədən sonra boşanma prosesinin icrasına yönələn hüquqi fəaliyyətə başlanılacaq

BAKI, 4 dekabr — Sputnik. Yeddi ildir evli olan Rza Zərrab və Ebru Gündeş cütlüyü artıq boşanma ərəfəsindədir. Sputnik Azərbaycan bu barədə "Milliyet"-ə istinadən xəbər verir.

Məlumata görə, müğənni boşanma prosedurunu vəkili ilə müzakirə etmək qərarı verib. Vəkillə məsləhətləşmədən sonra boşanma prosesinin icrasına yönələn hüquqi fəaliyyətə başlanılacaq.

Hazırda ABŞ-da haqqında məhkəmə işi davam edən Azərbaycan əsilli Türkiyə və İran vətəndaşı Rza Zərrab Türkiyə hökuməti əleyhinə ifadələr verib. O, İrana qarşı beynəlxalq sanksiyaları pozmaq müqabilində türkiyəli nazirlərə rüşvət verdiyini etiraf edib.

Qeyd edək ki, Rza Zərrab və Ebru Gündeşin Alara adlı qızları var.

Xəbər lenti
0