Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 4 dekabr — Sputnik. Qax rayonunun Əmbərçay kəndində qorxunc hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, canavar sürüsü kəndin mal-qarasına basqın edib.
Yırtıcılar kənd sakinləri İdris Məmmədov və Cuma Abdurrahmova məxsus 2 baş iribuynuzlu heyvanı parçalayıb. İdris Məmmədovun sözlərinə görə, onun heyvanı gecə örüşdən qayıtmayıb. Elə hadisə də həmin gecə baş verib.
"Heyvanı axtarmaq üçün meşəyə getdim və sümüklərini tapdım" — Məmmədov bildirib.
Digər hadisə isə heyvanların örüşdə otladığı zaman baş verib. Kənd sakinləri tələf olan heyvanları götürərək kənddən uzaq ərazidə torpağa basdırıblar.
Qeyd edək ki, hər iki hadisə eyni gündə baş verib.