SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakıda BƏƏ-nin müstəqilliyi günü qeyd edilib

© Sputnik / Irade JELILBirləşmiş Ərəb Əmirliklərinin müstəqillik günü ilə bağlı tədbir
Birləşmiş Ərəb Əmirliklərinin müstəqillik günü ilə bağlı tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
BƏƏ Azərbaycana bütün səviyyələrdə dəstək verib, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub

BAKI, 4 dekabr — Sputnik. 1971-ci il dekabrın 2-i Birləşmiş Ərəb Əmirliklərinin müstəqillik günüdür. Bu məqsədlə Bakıda BƏƏ-nin yaranmasının 46 illiyinə həsr edilmiş ziyafət keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, ziyafətdə çıxış edən səfir Məhəmməd Əhməd Hamel əl-Qubaisi bildirib ki, BƏƏ dünyanın müxtəlif bölgələri və xalqlarının inkişaf etməsi üçün yardım göstərməklə humanist yanaşmasını davam etdirib. Onun sözlərinə görə, Ərəb Əmirlikləri dünyanın aparıcı humanitar yardım təminatçılarından biridir.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri cənab Daşqın Şikarov - Sputnik Azərbaycan
Azərbaycanın BƏƏ-dəki səfiri: "Ərəblərin ölkəmizlə bağlı əsas gileyi..."

Səfir çıxışı zamanı BƏƏ və Azərbaycan arasında dostluq münasibətlərinin olduğunu vurğulayıb: “Bu əlaqələrin kökləri əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə dayanır və iki ölkə, iki xalq arasında güclü tərəfdaşlığa çevrilib. Bu gün biz diplomatik əlaqələrimizin 25 illiyini qeyd edirik. Ölkələrimizin rəhbərlərinin qarşılıqlı səfərləri, eləcə də iqtisadiyyat, turizm və mədəniyyət sahələrində artan mübadilənin həcmi bizim aramızda möhkəm əlaqələrin olduğunu göstərir".

Səfir qeyd edib ki, cari ilin on ayı ərzində BƏƏ-dən Azərbaycana təxminən 100 min turist gəlib.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev çıxışı zamanı bildirib ki, Azərbaycanla BƏƏ sıx siyasi və iqtisadi əlaqələrə malikdir: “BƏƏ hər zaman Azərbaycana bütün səviyyələrdə dəstək verib, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Bu, o zaman iqtisadi böhran içində olan Azərbaycan üçün önəmli idi. Bizim əlaqələrimiz hazırda da davam edir və möhkəmlənir".

Xəbər lenti
0