BAKI, 4 dekabr — Sputnik. Bakı metrosunda görünməmiş olay yaşanıb. Sputnik Azərbaycan xəbər verir ki, saat 18:45-də Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Nuriyev Sabir Siyavuş oğlu həyatını təhlükəyə ataraq 14 saylı marşrut üzrə hərəkət edən qatarın 1-ci və 2-ci vaqonlarının arasında getməyə cəhd göstərib.
Metropoliten əməkdaşları "Gənclik" stansiyasında hadisənin qarşısını almaqla yanaşı, yaşana biləcək bədbəxt hadisəyə də mane olublar. Adıçəkilən şəxs polis əməkdaşlarına təhvil verilib. Bakı metropolitenində polis şöbəsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılır.
"Bakı metropoliteni" QSC sərnişinlərdən bir daha xahiş edir ki, bu cür təhlükəli hallara yol verməsinlər və metropolitendən istifadə qaydalarına riayət etsinlər.