Kiyevdə Saakaşvili tərəfdarları prezidentin impiçmenti tələbi ilə yürüş keçirirlər

© Sputnik / Стрингер / Mediabanka keçidМарш сторонников М. Саакашвили в Киеве
Марш сторонников М. Саакашвили в Киеве - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Nümayişçilər Petro Poroşenkonun impiçmenti tələbi ilə çoxsaylı plakatlar aparırılar

BAKI, 3 dekabr — Sputnik. Kiyevdə Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin təşkilatçılığı ilə Ukrayna prezidenti Petro Poroşenkonun impiçmenti üçün yürüş başlayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, yürüş iştirakçıları Taras Şevçenko parkında toplaşaraq prezident administrasiyasına doğru yönəliblər. Yürüşə Mixail Saakaşvili başçılıq edir. Yürüş iştirakçılarının əlində Ukrayna və Gürcüstanın bayraqları, həmçinin Ukrayna millətçi ordusunun bayrağı var.

Həmçinin nümayişçilər Petro Poroşenkonun impiçmenti tələbi ilə çoxsaylı plakatlar aparırılar.

Xəbər lenti
0