Türkiyə XİN-dən ABŞ Konqresinə inanılmaz FETÖ ittihamı

© Sputnik / Murad OrujovTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında - Sputnik Azərbaycan
Abunə olmaq
"Onlar ABŞ-ın Türkiyədəki diplomatik missiyalarına, ABŞ Konqresinə, hər yerə yayılıblar"

BAKI, 3 dekabr — Sputnik. Fətullah Gülənin tərəfdarları ABŞ Konqresi, məhkəmə sistemi və diplomatik missiyalarına yayılıblar. APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.  

“FETÖ-nün ABŞ-da nə etmək istədiyini biz yaxşı bilirik, FETÖ-nün dövlət qurumlarına, məhkəmə instansiyalarına nüfuz etməsi barədə amerikalıları açıq şəkildə məlumatlandırırıq. Onlar ABŞ-ın Türkiyədəki diplomatik missiyalarına, ABŞ Konqresinə, hər yerə yayılıblar. Leqal və ya qeyri-leqal şəkildə.  Biz FETÖ ilə öz ölkəmiz daxilində necə mübarizə aparırıqsa, xəyanətkarların olduğu bütün dünya ölkələrində də bu cür mübarizəni davam etdirəcəyik” — deyə Çavuşoğlu qeyd edib. 

Xəbər lenti
0