BAKI, 3 dekabr — Sputnik. Bu gün Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbilə yağış suları ilə dolub və nəticədə 4 nəfər köməksiz vəziyyətdə qalıb.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.
Əməliyyat başa çatıb.