Azərbaycanın tanınmış jurnalisti vəfat edib

© pixabay / pixel2013Свечи, фото из архива
Свечи, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Azərbaycanda tanınmış jurnalist Tatyana Çaladze vəfat edib.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycanda tanınmış jurnalist Tatyana Çaladze vəfat edib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov Çaladzenin ötən gecə vəfat etdiyini bildirib.

Mərhum jurnalist bu gün Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığında dəfn edilib.

© Photo : public domainAzərbaycanın əməkdar jurnalisti Tatyana Çaladze
Azərbaycanın əməkdar jurnalisti Tatyana Çaladze - Sputnik Azərbaycan
Azərbaycanın əməkdar jurnalisti Tatyana Çaladze

Latviyada anadan olan Çaladze əvvəl yerli qəzetlərdə çalışıb. Qarabağ münaqişəsini işıqlandırmaq üçün 1992-ci ildə Azərbaycana gəlib və cəbhə bölgəsində qəlpə yarası alıb.

O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu sayda məqalə müəllifidir.

2014-cü ildə Tatyana Çaladzenin "Karabaxskaya oteçestvennaya: Oni umirali çestno" kitabı dərc olunub.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə T.Çaladzeyə Əməkdar jurnalist adı verilib.

Xəbər lenti
0