BAKI, 2 dekabr — Sputnik. Türkiyə ABŞ-da həbsdə olan Rza Zərrab məsələsini beynəlxalq platformaya daşıyır.
Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Ankara Türkiyə vətəndaşlarını ABŞ mühakimə edə bilməz səbəbilə Birləşmiş Millətlər Təşkilatına müraciət edəcək.
ABŞ-ın mühakimə əsası kimi göstərdiyi İrana embarqo BMT tərəfindən tanınan bir embarqo deyil. Türkiyə də tezislərini bu təməl üzərində quraraq BMT-də haqqını tələb etmək üçün mübarizəyə başlayacaq.