BAKI, 1 dekabr — Sputnik. Türkiyənin İstanbul şəhər Prokurorluğu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Qrehem Fullerin həbsinə qərar verib. Bu barədə Sputnik Türkiyə xəbər yayıb.
Məlumata görə, keçmiş kəşfiyyatçı FETÖ terror təşkilatının lideri Fətullah Gülən ilə əməkdaşlıqda ittiham olunur. O, 2016-cı il iyulun 15-də Türkiyədə uğursuzluqla nəticələnən dövlət çevirilişinə cəhddə iştirak etməkdə şübhəli bilinir.
Xatırladaq ki, Qrehem Füller FETÖ lideri F.Gülənə rəğbət bəslədiyini dəfələrlə telekanallarda bəyan edib.