BAKI, 2 dekabr — Sputnik. Böyük Britaniyanın baş naziri Theresa Mayın İraq, Səudiyyə Ərəbistanı və İordaniyaya səfər etməsinin ardından indi də ABŞ müdafiə naziri Mattisin 5 gün davam edəcək Orta Şərq turu başlayıb.
Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, Mattis 5 günlük tur çərçivəsində Misir, İordaniya, Pakistan və Küveyti ziyarət edəcək.
İlk olaraq Misirdə Sisi ilə görüşəcək olan Mattisin daha sonra İordaniyaya getməsi gözlənilir.
ABŞ prezidenti Trampın Qüdsü İsrailin paytaxtı elan etməyə hazırlaşdığı bir vaxtda Mattisin Orta Şərqə səfər etməsi isə diqqət çəkib.
Amerika və İsrail mətbuatında yer alan xəbərə görə, Tramp çərşənbə günü Qüdsü İsrailin paytaxtı elan edəcək.