CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanqaraldıcı hava şəraiti davam edəcək

© Sputnik / Irade JELILYağış yağan çuxurlar su ilə dolur, yol keçilməz vəziyyətə düşür
Yağış yağan çuxurlar su ilə dolur, yol keçilməz vəziyyətə düşür - Sputnik Azərbaycan
Abunə olmaq
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək

BAKI, 2 dekabr — Sputnik. İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. 

Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 4-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın qərb rayonlarında sabah əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Xəbər lenti
0