Müsəlmanların taleyinə aydınlıq gətirildi

© AFP 2024 / OLIVER BERGKölndə hicablı qadınlar. Arxiv şəkli
Kölndə hicablı qadınlar. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ilin ortalarında müsəlmanların sayı 25,8 milyon nəfərə çatıb və ya Avropanın ümumi əhalisinin 4,9 faizini təşkil edib

BAKI, 2 dekabr — Sputnik. Amerikanın "Pew Research" mərkəzinin alimləri 2050-ci ilə qədər Avropanın müsəlman əhalisinin sayının artması ilə bağlı 3 ssenari qurublar. Sputnik Azərbaycan təşkilatın saytına istinadən xəbər verir ki, alimlər son zamanlar "köhnə qitədə" müsəlmanların sayının kəskin artdığını bildiriblər.

Bu, ilk növbədə miqrantların axını ilə bağlı olub. 2016-cı ilin ortalarında müsəlmanların sayı 25,8 milyon nəfərə çatıb və ya Avropanın ümumi əhalisinin 4,9 faizini təşkil edib. Mütəxəssislər bu məlumatlar əsasında üç model hazırlayıblar.

Birinci modelə görə, əgər müsəlmanların Avropaya axını dərhal və tam dayandırılsa, 2050-ci ildə Avropada onların sayı 7,4 faizə çatacaq. İkinci modelə görə, Avropaya mühacir axını orta səviyyədə qalacaq və müsəlmanların sayı 11,2 faiz olacaq.

Nəhayət, üçüncü modelə görə, miqrantların axını 2014-2016-cı illər arasındakı kimi intensiv olacaq və Avropanın müsəlman əhalisi hazırkı göstəricini 3 dəfə üstələyərək, 14 faiz olacaq.

Xəbər lenti
0