BAKI, 2 dekabr — Sputnik. Rusiyada maraqlı hadisə baş verib. Belə ki, “İnstagram”da "gəzişən" gənc xanım həyat yoldaşının onu aldatdığını öyrənib.
Sputnik Azərbaycan "Türkhaber"-ə istinadən xəbər verir ki, diş həkimi işləyən Yuliya Aqranoviç “İnstagram”da başqa profilə rast gəlib. Belə ki, həmin profilin sahibi olan Vlada Abramoviç adlı xanımın paylaşdığı mənzərə şəkli Yuliyanın diqqətini çəkib. Bu mənzərə məhz Yuliya Aqranoviçin yataq otağından çəkilib.
Ərinin ona xəyanət edildiyini anlayan qadın boşanma ərizəsi yazıb və həmin xanıma mesaj göndərib: "Vlada Abramoviçə təşəkkür edirəm. Mənə yaxşı dərs verdin".