BAKI, 2 dekabr — Sputnik. Türkiyə ərazisində, o cümlədən Ankara, İstanbul kimi şəhərlərdə tikilən binalarda mərtəbələrin sayı məhdudlaşdırılacaq. Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, yeni qərar ətraf mühitin mühafizəsi məqsədini daşıyır.
Ərdoğan bildirib ki, binalarda maksimum mərtəbə sayı 6 olacaq.