BAKI, 2 dekabr — Sputnik. Bakıda intihar hadisəsi baş verib.
Suraxanı rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Q.Quliyevin Bakının Hövsan qəsəbəsi ərazisində yerləşən və "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.