CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pasport və şəxsiyyət vəsiqənizi itirməyin: Rüsumlar artdı...

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası vətəndaşının pasportu
Azərbaycan Respublikası vətəndaşının pasportu - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsinin itirilməsi, korlanması ilə əlaqədar bu sənədlərin yenidən verilməsinə görə rüsumlar dəyişdirilir

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsinin itirilməsi, korlanması ilə əlaqədar bu sənədlərin yenidən verilməsinə görə rüsumlar dəyişdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə baxılıb.

Dəyişikliklərə görə, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsum artırılır. Sənəd 10 iş günü müddətində verildikdə 5 manatdan 15 manata, 3 iş günü müddətində verildikdə 25 manatdan 35 manata və 1 iş günü müddətində verildikdə 35 manatdan 45 manata artırılır.

Həmçinin, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə də yeni rüsumlar müəyyən edilib. Yəni, rüsumlar artırılıb. Dəyişikliyə əsasən, sənəd 10 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 20 manat (hazırda 10 manat), 1 yaşından 3 yaşadək uşaqlar üçün 30 manat (hazırda 20 manat), 3 yaşından 18 yaşadək uşaqlar üçün 40 manat (hazırda 30 manat), 18 yaşına çatmış vətəndaşlara 50 manat (hazırda 40 manat) ödəniləcək və s.

Qeyd edək ki, hazırda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqələri itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən edilmiş hallarda dəyişdirilməsi nəzərə tutulan hallarda) tutulur. Qanun layihəsinə əsasən bu hallara görə tutulan rüsumların miqdarı ümumi qaydadan daha yüksək olacaq.

Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0