Vəzifəli şəxslər bu hərəkətə görə cəzalandırılacaqlar

© Sputnik / Murad OrujovНаручники и пачки денег на столе, фото из архива
Наручники и пачки денег на столе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qadağan edilən informasiyanın internetdə yerləşdirilməsinə görə cəzalanmanı nəzərdə tutan qanun layihəsi qəbul edilib

BAKI, 1 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsinə görə vəzifəli şəxslərin cəzalanmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, həmin şəxslərin cəzalanması ilə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik olunub.

Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
Siqaretdən istifadəni məhdudlaşdıran qanun qəbul olundu

Belə ki, internet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı"na daxil edildikdən dərhal sonra host-provayder və internet provayder tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Bundan başqa, provayderlər tərəfindən uçota durma qaydalarının pozulmasına görə də cəza tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinə yeni — 370-1-ci (İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının polzulması) maddəsi əlavə edilir.

Maddəyə əsasən, xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmamasına, uçota alınma üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində uçota alınmaq üçün yenidən müraciət edilməməsinə, uçot məlumatlarında dəyişiklik baş verdiyi gündən 10 gün müddətində həmin dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə olunacaqlar.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti
0