Silahlı Qüvvələrimiz haqqında yeni qanun ilk oxunuşda qəbul edildi

© APAAzərbaycan ordusu
Azərbaycan ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib

BAKI, 1 dekabr — Sputnik. Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi barədə parlamentin vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Onun sözlərinə görə, bu qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
Siqaretdən istifadəni məhdudlaşdıran qanun qəbul olundu

Silahlı Qüvvələr Azərbaycan Respublikasının silahlı müdafiəsi, xarici təcavüzün dəf edilməsi, Azərbaycan Respublikasının Hərbi doktrinasında nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması, habelə Azərbaycan Respublikasının təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsi, dövlət quruluşunun, suverenliyinin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, dövlət sərhədinin mühafizəsi, səfərbərlik və hərbi xidmətə çağırış, mülki müdafiənin təşkili, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi üzrə xüsusi vəzifələrin yerinə yetirilməsi üçün dövlət tərəfindən yaradılır.

Silahlı Qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən həyata keçirilir. Silahlı Qüvvələrin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı həyata keçirir.

Silahlı Qüvvələrin fəaliyyətinə idarədaxili nəzarəti Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların komandanlığı və həmin qurumların daxil olduğu dövlət orqanlarının rəhbərləri həyata keçirir. Prokurorluq orqanları Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirirlər.

Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-XII nömrəli Qanunu ləğv edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0