BAKI, 1 dekabr – Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik müzakirə edilib.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və onların aparatlarının işçiləri gəlir vergisindən azad olunur.
Məcəllənin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin, onların aparatlarının işçiləri də əlavə edilib. Layihədə bildirilib ki, bu, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarının ticarət nümayəndələrinin və onların aparat işçilərinin xarici ölkədə aldığı əmək haqqının gəlir vergisindən azad olunması məqsədi ilə hazırlanıb.
Layihə səsə qoyularaq qəbul olunub.