BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qanini qarşılayıb.
Prezidentlər birgə foto çəkdiriblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən "Asiyanın Qəlbi – İstanbul Prosesi" çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib.
Bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə olunub.