BAKI, 1 dekabr — Sputnik. "Bakının mərkəzində bütün keçidlərdə əlilliyi olan şəxslər üçün panduslar qoyulacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.
Nazirin bildirdiyinə görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərdə 421 ədəd Avropa standartlarına uyğun pandus qoyulması təmin olunacaq.