BAKI, 1 dekabr — Sputnik. Noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilmiş şəxslərdən biri Əhməd Çatayev olub.
© Photo : vk.comƏhməd Çatayev
Əhməd Çatayev
© Photo : vk.com
Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib. O bildirib ki, Ə.Çatayevin şəxsiyyəti ABŞ-dan gələn mütəxəssislərin köməyilə aparılmış ekspertiza nəticəsində müəyyən olunub.
Qeyd edək ki, antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən üç nəfər zərərsizləşdirilib, bir nəfər isə saxlanılıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb.
Xatırladaq ki, Əhməd Çatayev Atatürk hava limanında törədilən terror aktında şübhəli bilinir.