Fazil Abbasov: “Biz öz gücümüzü birləşdirməliyik”
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Jurnalistləri Fondu tərəfindən “İslam həmrəyliyinin gücləndirilməsində medianın rolu” mövzusunda tədbir keçirilib.
İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov Sputnik Azərbaycan-a deyib ki, son bir neçə il istisna olmaqla ərəb ölkələrinin mediasında Azərbaycan haqqında informasiyalar tam dolğun şəkildə verilməyib:
“Bunun səbəbi informasiya mübadiləsinin lazımi səviyyədə olmamasıdır. Bu, təkcə bizim deyil, həm də ərəb mediasının təqsiridir. Qərb informasiya agentlikləri islam ölkələri haqqında informasiyaları öz maraqlarına uyğun təqdim edirlər”.