Türk general: "Bəşər Əsəd qalib gəldi, barışmaq lazımdır"

© Photo : Press Sercie of Bashar Al-AssadSuriya prezidenti Bəşər Əsəd
Suriya prezidenti Bəşər Əsəd - Sputnik Azərbaycan
Abunə olmaq
"Suriyadakı vətəndaş müharibəsi artıq sona çatmaq üzrədir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyənin keçmiş baş qərargah rəisi İlkər Başbuğ Atatürk Düşüncə Dərnəyinin təşkil etdiyi "Yaxın Şərq və Türkiyə" mövzulu konfransda çıxış edib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Suriyadakı vətəndaş müharibəsini dəyərləndirən Başbuğ diqqətçəkən fikirlər səsləndirib.

© Photo : Gazete ManifestoTürkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ
Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ - Sputnik Azərbaycan
Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ

"Suriyadakı vətəndaş müharibəsi artıq sona çatmaq üzrədir. Bir milyona yaxın insanın ölümünə səbəb olan Bəşər Əsəd Rusiya və İranın dəstəyi ilə bu müharibədən qalib çıxdı. Artıq siyasəti və strategiyanı təyin edərkən bu reallıqla barışmaq lazımdır" — sabiq ordu başçısı bildirib.

"Yaxın Şərq izahı o qədər də asan olmayan çox qəliz bölgədir. "Yaxın Şərq" dediyimiz yer dünyadakı ilk mədəniyyətlərin, ilahi dinlərin yarandığı bir yerdir. Osmanlı imperiyasını bu coğrafiyada güclü saxlayan əsas şey xilafətin Sultan Səlim zamanında Osmanlıya keçməsidir" — Başbuğ əlavə edib.

Xəbər lenti
0