SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakıda mühüm beynəlxalq konfrans keçirilir

© Official website of President of Azerbaijan RepublicBakıda Azərbaycan və Əfqanıstan prezidentlərinin iştirakı ilə beynəlxalq konfrans başlayıb
Bakıda Azərbaycan və Əfqanıstan prezidentlərinin iştirakı ilə beynəlxalq konfrans başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev "Asiyanın Qəlbi" - İstanbul Prosesinin VII nazirlər konfransında iştirak edir

BAKI, 1 dekabr — Sputnik. Bu gün Bakıda "Asiyanın Qəlbi" — İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq" mövzusunda 7-ci Nazirlər Konfransı başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirin açılışında Azərbaycan prezidenti İlham Əliyev və Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni iştirak edir.

Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani - Sputnik Azərbaycan
RUSİYA
Soçidə ikinci Yalta konfransı: Yeni Suriyanın konturları cızılır

VII nazirlər konfransında "Asiyanın Qəlbi" — İstanbul Prosesində iştirak edən dövlətlər və beynəlxalq təşkilatlar, Əfqanıstan İslam Respublikasının xarici işlər naziri, eləcə də Türkiyə, Pakistan və İranın xarici siyasət idarələrinin rəhbərləri, Hindistanın xarici işlər üzrə dövlət naziri, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri, Rusiya və Çinin Əfqanıstan üzrə xüsusi nümayəndələri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Əfqanıstan və Orta Asiya üzrə xüsusi nümayəndələri iştirak edirlər.

© Official website of President of Azerbaijan RepublicBakıda Azərbaycan və Əfqanıstan prezidentlərinin iştirakı ilə beynəlxalq konfrans başlayıb
Bakıda Azərbaycan və Əfqanıstan prezidentlərinin iştirakı ilə beynəlxalq konfrans başlayıb - Sputnik Azərbaycan
Bakıda Azərbaycan və Əfqanıstan prezidentlərinin iştirakı ilə beynəlxalq konfrans başlayıb

Həmçinin İstanbul prosesini dəstəkləyən dövlətlər olan Böyük Britaniya baş nazirinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, ABŞ Dövlət Departamentinin Cənub və Mərkəzi Asiya üzrə nümayəndəsi, Yaponiya, İspaniya və Norveçin Əfqanıstan üzrə xüsusi təmsilçiləri, İtaliya, Kanada, Danimarka, Fransa, Finlandiya, Polşa, Misir, İsveç və digər dövlətlərin xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndə heyətləri konfransda iştirak edirlər.

Eyni zamanda İstanbul Prosesini dəstəkləyən beynəlxalq təşkilatlar kimi Avropa İttifaqı adından Estoniyanın xarici işlər naziri, NATO-nun Əfqanıstan üzrə yüksək səviyyəli mülki nümayəndəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının və Türk Şurasının baş katibləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Konfransının icraçı direktorunun müavini, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini və digər beynəlxalq təsisatların təmsilçiləri iştirak edirlər.

Tədbirdə ümumilikdə, 250 nəfərdən artıq nümayəndə iştirak edəcək.

Xəbər lenti
0