SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa İttifaqı Cənubi Qafqazın "altına" mina qoymağı bacarıb

© AP Photo / Jean-Francois Badias / Mediabanka keçidAvropa Parlamentinin iclası, arrxiv şəkli
Avropa Parlamentinin iclası, arrxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı politoloq hesab edir ki, NATO qoşunları Cənubi Qafqaza daxil olmaq istəsə, təkcə münaqişə bölgəsində deyil, bütün Cənubi Qafqazda partlayışa səbəb olacaq

Vladimir Lepexin, Aİİ İnstitutunun direktoru

BAKI, 1 dekabr — Sputnik. Son həftədə regionun əsas hadisəsi Avrasiya İttifaqına üzv olan Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlığa dair çərçivə sazişinə imza atması olub.

Öz-özlüyündə saziş hər hansı məzmun kəsb eləmir və Ermənistanın Avropa İttifaqı ölkələri ilə əməkdaşlığının real olaraq möhkəmlənməsinə töhfə vermir. Əksinə, səsvermə hüququna malik olan bir rəsmi vasitəçi olaraq Ermənistanın Avropa ölkələri ilə münasibətlərini yalnız çətinləşdirir.

Digər tərəfdən, sənədin imzalanması faktının özü Cənubi Qafqazda yeni fövqəladə vəziyyətin yaranması üçün məhək daşı rolunu oynayır: saziş Ermənistanın və onun tərəfdaşlarının regional status-kvosunu faktiki olaraq dəyişməklə, hazırkı az-çox stabil vəziyyəti dağıtmaqla fəlakətə gətirib çıxara bilər. Nəhayət, bu, region ölkələrini hərbi münaqişəyə cəlb edə bilər.

Təsadüfi deyil ki, Ermənistanla Aİ arasındakı sazişin imzalanması ərəfəsində Moskva, Bakı və Yerevanda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin, eləcə də xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətlə bağlı bir neçə dəfə yüksək səviyyəli görüşləri olub. 

Serj Sarkisyan və Donald Tusk - Sputnik Azərbaycan
TƏHLİL
Avropa İttifaqı ilə ikitərəfli saziş Ermənistanı blokadadan çıxaracaq?

Aİ ilə saziş imzalayan Ermənistan rəhbərliyi Cənubi Qafqaz məsələlərində Avropa İttifaqının statusunu kəskin şəkildə qaldırıb. Bunun erməni elitasının nəyinə lazım olduğu hələ də bir çox rusiyalı politoq və diplomatlara aydın deyil.

Məlum deyil ki, Avropa İttifaqınını məmurlarına Dağlıq Qarabağın taleyi ilə bağlı öz fəaliyyətlərini və bəyanatlarını aktivləşdirmək üçün əlavə əsaslar verməyə nə ehtiyac vardı? Aydın görünür ki, Avropa təşkilatları Qarabağ məsələsində Ermənistanın xeyrinə hər hansı addım atmayacaq, bu, ancaq "məhək daşı"nın deşilməsi effektini verəcək.

Artıq yaxın vaxtlarda Ermənistanla Aİ arasındakı sazişi əsas gətirərək, başda NATO olmaqla, müxtəlif ümumavropa strukturları Qarabağ probleminin tezliklə "həlli"ni tələb edəcəklər. Amma erməni rəhbərliyi niyə birdən-birə o qərara gəlib ki, Avropa bu problemi məhz Ermənistanın xeyrinə həll etməyə hazırlaşır?

Bununla belə, mən çoxdan bir çoxu ilə dostluq əlaqələrimin olduğu erməni siyasətçilərin ünvanına hansısa irad səsləndirmək istəmirəm. Ermənistan suveren ölkədir və onun istənilən qərarı qəbul etmək hüququ var. Eyni zamanda, ola bilsin, mənim mövqeyim Ermənistanın xarici siyasətində Avropayönümlü istiqamətin nüanslarını açmayacaq dərəcədə cahilcəsinədir.

Mən sadəcə suallar qoyuram. Yeri gəlmişkən, bu sualları bir çox erməni KİV-ləri də qoyur. Eyni zamanda, Ermənistanla əlaqədar baş verənlər müəyyən mənada Azərbaycanın da maraqlarına toxunur. Hesab edirəm ki, Avropa İttifaqı ilə Ermənistan Respublikası arasında bağlanan sazişin mümkün nəticələrini Azərbaycan KİV-lərində də açıqlamalıyam.

Dərhal deyəcəm: Bu gün Azərbaycan siyasətində rusiyalı ekspertləri narahat edən ən əsas məsələ rəsmi Bakının bir sıra nümayəndələrinin "Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında Ermənistandan geri qalmamalıdır" kimi mövqeyidir.

Azərbaycan KİV-lərində belə bir fikir hakimdir ki, Yerevan Avropa ilə münasibətlər müstəvisində Bakını ötüb keçib, indi Ermənistan Qarabağla bağlı danışıqlar prosesində hansısa "üstünlüklər" əldə edib.

Bundan başqa, həm Azərbaycan, həm də Ermənistan mediasında müxtəlif kontekstlərdə belə bir fikir dolaşır ki, Qarabağ münaqişəsində gərginliyin artacağı və regionda hərbi əməliyyatların başlayacağı təqdirdə Ermənistanı (Aİ ilə sazişdən sonra) NATO dəstəkləyəcək, Rusiyanın isə görəcəyi bir iş qalmayacaq və o, məcbur olub Azərbaycanın tərəfini tutacaq.

Ильгар Велизаде - Sputnik Azərbaycan
Vəlizadə: “Azərbaycan gələn ilin əvvəllərində Avropa İttifaqı ilə saziş bağlayacaq”

Mənim fikrimcə, bu, kifayət qədər tələsik çıxarılmış nəticədir. Bəli, Qərbdə bir çoxları Ermənistanı Rusiyadan qoparmaq istəyir. Qərb siyasətçiləri və xüsusi xidmətlərinin Yerevanı Aİ ilə saziş imzalamaq prosesinə itələməyə nail olması müxtəlif KİV-lərdə erməni-rus münasibətlərinin güclü olmasına şübhələr yaradır.

Amma bu, o demək deyil ki, kimsə NATO-ya güvənərək Dağlıq Qarabağ problemini həll edə biləcək. Əksinə, NATO qoşun bölmələrinin Cənubi Qafqaza daxil olmaq istiqamətində istənilən cəhdi təkcə münaqişə bölgəsində deyil, bütün Cənubi Qafqazda partlayışa səbəb olacaq. O da var ki, Türkiyə NATO üzvü olaraq heç bir halda alyansın Yerevanın tərəfini tutmasına razı olmaz.

Bir sözlə, Avropa İttifaqının vəzifəli şəxsləri Cənubi Qafqazın altına bir mina qoymağı bacarıblar. Və bu mina məsələnin elitanı cəzb etməsi və onun illüziyalara qapılmasıdır.

Qərb qrantlarının və bir sıra digər "avrointeqrasiya" atributlarının gözünü qamaşdırdığı bəzi erməni məmurları Ermənistanın Avropa perspektivi illüziyasına qapılıblar. Və bu yolda Yerevanın mövqeyini avropalı siyasətçilər dəstəkləyir.

Belə illüziyalar yaxın keçmişdə bir sıra Azərbaycan qrantalanlarında da peyda olmuşdu. Onlar Avropa İttifaqının nümayəndələri ilə görüşlərində Azərbaycan hakimiyyətindən şikayət edirdilər və avropalı məmurlar da öz növbəsində açıq təhdid və şantaj yolu ilə Azərbaycan rəhbərliyindən "ölkədə insan hüquqlarına hörmət qoyulması"nı tələb edirdilər.

Xoşbəxtlikdən, bu gün Azərbaycan elitası tədricən Qərblə romantik münasibətlərdən uzaqlaşır və öz ənənə və təcrübələrinə dəstək axtarmağa başlayır.

AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov - Sputnik Azərbaycan
Məmmədov: “Azərbaycan Avropa İttifaqı ilə strateji saziş imzalamağa hazırdır”

Erməni elitası isə hələ indi Brüssel və Berlinin çənəsinin altında girməyə hazırlaşır. Xatırladaq ki, Yerevanın Rusiya energetikləri ilə atom sahəsində əməkdaşlığını həzm edə bilməyən Aİ məmurları ROSATOM şirkətinin xidmət göstərdiyi Metsamor Atom Elektrik Stansiyasını bağlamaq tələbi ilə çıxış edirlər.

Digər tərəfdən, Azərbaycan elitası yeni illüziyalara qapılaraq düşünür ki, "hər nə qədər ki, hər şey itirilməyib", Azərbaycan Avrointeqrasiya məsələsində Ermənistanı ötüb keçə bilər. Burada ən dəhşətli məqam yaxın vaxtlarda Azərbaycan cəmiyyətində baş verəcəklərdir.

Allah eləməmiş, birdən Azərbaycan Ermənistanın izi ilə "tərəfdaşlarının" dəstəkləmədiyi, sülhün deyil, mübahisələrin yanında olan Avropa İttifaqına qaçmağa başlasa? Allah eləməmiş, Azərbaycan elitasından kiminsə ağlına belə bir fikir gəlsə ki, Bakı "Avropaya inteqrasiya" məsələsində İrəvanı qabaqlamalıdır?

Qərb siyasətçilərinin Cənubi Qafqaz ölkələrini özlərinə çəkmək istiqamətində göstərdikləri bütün cəhdlər nəticədə region dövlətlərində hakimiyyətlərin dəyişikliyinə, onların öz suverenliklərini itirmələrinə, dövlət sərhədlərinin və milli aktivlərinin yenidən tərtib edilməsinə gətirib çıxaracaq.

Xəbər lenti
0